“Yeni formalaşan Mətbuat Şurası daha çevikdir” – Hacıbəy Heydərli

“Yeni formalaşan Mətbuat Şurası daha çevikdir” – Hacıbəy Heydərli
MEDIA
17:07 15.03.2023
161
"Azərbaycan Mətbuat Şurası 20 il ərzində Azərbaycan mediasının inkişafı istiqamətində çox böyük işlər görüb, Azərbaycanda söz və fikir azadlığının inkişafında böyük rol oynayıb. Həmçinin mediada peşəkarlığın artırılması, ixtisaslaşma ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb". 

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. 

O bildirib ki, 21-ci əsrdə yeni texnologiyaların inkişafı ilə mətbuat sahəsində də yenilklər qaçılmaz idi və Mətbuat Şurası bu istiqamətdə xeyli iş görmüş oldu: 

"Bu gün informasiya-kommunikasiya texnologiyaları inkişaf edir və yeni çağırışlar meydana gəlir. 20 il öncə Mətbuat Şurası yarananda aparıcı KİV-lər qəzetlər və jurnallar idisə, bu gün xəbər saytları, informasiya agentlikləri, internet televiziyalar və sosial şəbəkələr çox böyük təsir gücünə malikdir. Məhz bu səbəbdən də Mətbuat Şurası öz fəaliyyətində bu istiqamətlərə də geniş yer ayırır. Mətbuat Şurasında dövrün tələblərinə uyğun komissiyaların yaradılması, loqosunda dəyişikliklər, mütəmadi olaraq görüşlərin keçirilməsi, ölkəmizlə bağlı həssas məqamlarda bəyanatların verilməsi onu deməyə əsas verir ki, Mətbuat Şurası Azərbaycan cəmiyyətinin gözləntilərini doğruldub". 

Hacıbəy Heydərli bildirib ki, Mətbuat Şurasının yeni formalaşan İdarə Heyəti də çevik və dinamik fəaliyyəti ilə fərqlənir: 

"Bildiyiniz kimi ötən ilin sentyabr ayında Mətbuat Şurasının 8-ci qurultayı baş tutdu və yeni İdarə Heyəti formalaşdı, şuranın sədri isə Rəşad Məcid seçildi. Rəşad Məcid daim gənclərə dəstək olan və yeniliklərə açıq insan kimi Şuranın fəaliyyətinə də yeni nəfəs vermiş oldu. Xüsusən, internet media və sosial şəbəkə fəalları ilə işin qurulması istiqamətində çox böyük yeniliklərə imza atdı. Mətbuat Şurasında sosial media ilə əlaqələr komissiyasının yaradılması, sosial media fəalları ilə görüşlərin keçirilməsi, sosial şəbəkə fəallarına müraciətin hazırlanması, şuranın sosial media hesablarının aktiv fəaliiyəti də bu xüsusda diqqətçəkən məqamlardandır. Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, növbəti illərdə daha böyük uğurlara imza atacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq