Yeni Müsavatın “Alov Qüllələr” xəbəri təkzib edildi

Yeni Müsavatın “Alov Qüllələr” xəbəri təkzib edildi
MARAQLI
12:07 12.10.2011
2156

Köhnə Moskva mehmanxanasının yerində tikilən “Alov Qüllələri” elə tikilməyə başladığı andan diqqət çəkirdi. Hər kəsi burada inşa olunan nəhəng tikilinin son vəziyyəti maraqlandırırdı. Amma Bakının sahib olduğu bu fantastik tikili istifadəyə verilməmiş problemlərlə qarşılaşıb. Belə ki, bug gün axşam saatlarında göydələnlərin tikildiyi ərazidə torpaq sürüşməsi baş verib. Nəticədə sözügedən ərazidə dərin çatlar meydana gəlib. Tikintidə çalışan fəhlələrin musavat.com-a verdiyi məlumata görə axsam saatlarında baş verən sürüşmə nəticəsində qüllələrin tikintisində fasilə yaranıb: “Axşam saatlarında qüllənin inşa olunduğu sahədə kiçik torpaq sürüşməsi oldu. Bayıldakı məlum sürüşmədən sonra belə bir hadisəni gözləyirdik. Əraziyə tikinti mütəxəssisləri və Fövqəladə Hallar Nazirliyinin məsul işçiləri gələndən sonra tikintidə işlər bərpa olunub”. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istədik. Lakin nazirliyin mətbuat xidməti çoxsaylı zənglərimizə cavab vermədi.

Ərazidə olarkən öyrəndik ki, son günlər burada tikinti işləri sürətlənib. Çünki 2008-ci ildə tikintisinə başlanılan “Baku Flame Towers”, yəni Bakı “Alov Qüllələri” binasının gələn ilin martına istifadəyə veriləcəyi gözlənilir. Binanın xaricində işlər 90 faiz tamamlanıb. Binanın vaxtlında təhvil verilməsi üçün qüllənin daxilində də təmir-tikinti işləri aparılır. Üç binadan ibarət olan alov qüllələri paytaxtın həm də vizit kartı olacaq. Tikintidə çalışan mühəndislərdən biri musavat.com-a bildirdi ki, bu tikili ayrı-ayrı funksiyaları yerinə yetirəcək: “Binalardan biri 328 yerlik mehmanxanadır. Həmin qüllənin özülü digərlərinə nisbətən dərin qazılıb. Çünki əvvəllər torpağın ilk üç qatında dərin çatlar əmələ gəlib. Tektonik hadisələrə həssas sahədir. Digər qüllə biznes mərkəzi, o biri isə 140 mənzilli rezidensiya - yaşayış binası kimi fəaliyyət göstərəcək. Bu gün sadəcə kompleksdə hər üç binanı birləşdirəcək ticarət mərkəzinin, eləcə də kinoteatların inşası aparılır. Gələn həftə artıq binanın işıqlandırma sistemi quraşdırılacaq. “Eurovision”a kimi bina hazır olmalıdır”. Qeyd edək ki, dəyəri 350 milyon dollar olan layihəyə sifarişçisi “Azinko Development MMC” şirkətidir. Binalar “Hill İnternational” şirkəti tərəfindən tikilir.

***

Binanın tikintisini həyata keçirən “DİA Holdinq” şirkətinin nümayəndəsi Akif Musayev isə “Qafqazinfo”ya bildirib ki, sürüşmənin olması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. O bildirib ki, bina çox etibarlı tikilib: “Həmin üç qüllənin hər birinin 40 metrə qədər özülü var. O heç bir halda sürüşə bilməz. Azərbaycanda tikilən binalar içərisində “Üç Alov” ən etibarlı binadır. Gərək bütün Bakı sürüşsün ki, “Üç Alov” da sürüşsün. Ona görə də bu məlumatlar yanlışdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"