Yeni nəşrdə ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi təqdim edilib

Yeni nəşrdə ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi təqdim edilib
MƏDƏNİYYƏT
16:35 15.07.2014
2010
İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” adlı monoqrafiyasının təqdimatı oldu.
AZXEBER.COM AzərTAc-a istinadən  xəbər verir ki, “Kaspi” qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak etdilər.
Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib. Məhz bu səbəbdən də kitabın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi haqqında” Sərəncamı verilmişdir.
Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ə.Amaşov dedi ki, onun kimi şəxsiyyətlər mənsub olduğu xalqa hörmət və şöhrət gətirir, onu dünyada tanıdır.
Vurğulandı ki, müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi geniş oxucu kütləsinə təqdim olunur. Müəllif bu şəcərədə adları əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların kəşməkəşli həyat yollarının tarixi şərhini verir, həmçinin bu nəslə mənsub insanların Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixinə verdikləri dəyərli töhfələrdən söz açır.
Tədbirdə kitabın müəllifi Eldəniz Həsənova “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edildi.
Eldəniz Həsənov bu monoqrafiyanın hazırlanması və çapında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirərək dedi: “İki il bundan əvvəl “Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva mənə dedi ki, Siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarımı nəinki Azərbaycanda apardım, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum”.
Bildirildi ki, kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Jalə Əliyeva və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, rəyçiləri tibb elmləri doktoru, akademik Böyükkişi Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, tarix elmləri doktoru, professor İsmayıl Məmmədov, coğrafiya elmləri doktoru, professor Bəhruz Şəkuridir. “Zərdabi LTD” MMC nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş bu kitabın redaktoru isə filologiya elmləri doktoru, professor İfrat Əliyevadır.
Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva bildirdi ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millət fədaisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi kimi tanınan, “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatımızın bünövrəsini qoyan, bütövlükdə xalqının rifahı və tərəqqisi naminə ömrünün sonunadək mübarizə aparan belə bir insanın unudulması mümkünsüzdür.
Bu sahədəki axtarışların davam etdiriləcəyinə inamını ifadə edən S.Vəliyeva dedi ki, Həsən bəy Zərdabi irsi növbəti illərdə daha da geniş şəkildə oxuculara təqdim olunacaqdır.
Tədbirdə kitabın elmi redaktorları Jalə Əliyeva, İzzət Rüstəmov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, akademik Teymur Kərimov və başqaları çıxış edərək monoqrafiyanın nəşrini Zərdabi irsinə böyük hörmətin ifadəsi kimi qiymətləndirdilər.
Natiqlər vurğuladılar ki, on bir fəsildən ibarət, nadir fotoşəkillərin də yer aldığı 384 səhifəlik bu dəyərli kitab vasitəsilə hər bir qələm adamı Həsən bəy Zərdabini daha yaxından tanıyacaq və bu nəsil haqqında olduqca dolğun məlumatlar ələ edəcək.
Tədbirdə ədibin qardaşı nəvəsi Sara İsayeva Həsən bəy Zərdabi irsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif