DSX rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib. Bu barədə AZXEBER.COM-a DSX-dən məlumat verilib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrlə təltif olunan hərbi qulluqçulara orden və medallarını təqdim edib.