“Yeni səhifə açdıq” – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı

SİYASƏT
12:57 27.11.2026
103
"Estoniyanın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafı baxımından uzunmüddətli öhdəliyin göstəricisidir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən ilin oktyabrında Azərbaycana rəsmi səfəri zamanı növbəti gəlişində iki ölkə arasında münasibətlərdə yeni səhifə açılacağına söz verib:

"Bu gün həqiqətən də həmin yeni səhifəni sizinlə birlikdə açdıq. Bunu Azərbaycanda yaxın dostum, cənab nazir Ceyhun Bayramovla birgə etdik.

Bəlkə də insanlar düşünürlər ki, səfirliyin açılması o qədər də böyük və vacib məsələ deyil. Amma bu, ölkələrin və xalqların bir-birinə nümayiş etdirə biləcəyi ən yüksək səviyyəli öhdəliklərdən biridir. Çünki bu, uzunmüddətli öhdəlikdir və qərar hərtərəfli ölçülüb-biçildikdən sonra qəbul olunur.

Estoniya böyük ölkə deyil. Hər bir səfirliyin açılması bizim üçün böyük əhəmiyyət daşıyır. Biz qərar verdik ki, ölkələrimiz arasında mövcud olan uzunmüddətli tarixə, yaxşı şəxsi münasibətlərə və ortaq çağırışlara əsaslanaraq Bakıda səfirliyimizi açaq. Bu, Azərbaycana münasibətdə uzunmüddətli öhdəliyimizin göstəricisidir”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan ATƏT-ə sədrlik edə bilər" - Ceyhun Bayramov
13:06 27.11.2026
"Azərbaycan ATƏT-ə sədrlik edə bilər" - Ceyhun Bayramov
Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik
13:02 27.11.2026
Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik
Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF
13:00 27.11.2026
Sənədsiz evlərə çıxarışla bağlı yeni TƏKLİF
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
12:59 27.11.2026
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
“Yeni səhifə açdıq” – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı
12:57 27.11.2026
“Yeni səhifə açdıq” – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı
Estoniyalı nazir: “Putin müharibəyə son qoya bilər, amma bunu etmir”
12:56 27.11.2026
Estoniyalı nazir: “Putin müharibəyə son qoya bilər, amma bunu etmir”
"Estoniya ilə biznes əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir”
12:52 27.11.2026
"Estoniya ilə biznes əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir”
Ceyhun Bayramov Azərbaycan-Estoniya münasibətlərindəki inkişaflardan danışdı
12:49 27.11.2026
Ceyhun Bayramov Azərbaycan-Estoniya münasibətlərindəki inkişaflardan danışdı
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
12:27 27.11.2026
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
12:26 27.11.2026
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
12:23 27.11.2026
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
12:11 27.11.2026
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
12:10 27.11.2026
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
11:53 27.11.2026
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
11:46 27.11.2026
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
11:25 27.11.2026