TN-nin aparat rəhbəri İlham Pirməmmədov yeni - ikinci müavin təyin edilib
Azərbaycan Təhsil Nazirliyində ilk yeni kadr təyinatı olub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, TN-nin Aparat rəhbəri İlham Pirməmmədov yeni - ikinci müavin təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir. Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır. Qeyd edək ki, aprelin 19-da ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycanın təhsil naziri təyin edilib. Bundan əvvəl isə təhsil naziri Misir Mərdanov olub.