Yeni veriliş yayıma başlayır

Yeni veriliş yayıma başlayır
MEDİA
17:35 11.09.2015
2210
Gələn həftədən etibarən Region TV-nin efirində media ilə bağlı yeni bir veriliş yayıma başlayır. Proqram "Mediaradar" adlanır.
Bu barədə AZXEBER.COM-a televiziyanın mətbuat katibi və sözügedən layihənin rəhbəri İsmayıl Həsənov məlumat verib. Proqramda ölkə mediasının gündəmindən seçilən xəbərlər müzakirə olunacaq, verilişin qonaqları isə mətbuat nümayəndələri olacaq.
Proqram gedişatında mediamızın problemləri və həlli yolları da müzakirə olunacaq. O bildirib ki, layihə hər həftənin bazar ertəsi saat 22:00-da yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR