ARB telekanalında möhtəşəm Novruz şənliyi keçirilib.
AZXEBER.COM xəbər verir ki, hər zaman fərqliliyi ilə seçilən telekanal bu Novruz tədbirində də fərqlənməyi bacarıb.
Telekanalın ərsəyə gətirdiyi "Bir Bahar axşamı” adlı Novruz şənliyində Azərbaycan şou biznesinin populyar ulduzları Türkiyənin məşhur simalarının obrazını canlandırıblar.
İzzət Bağırov türk estradasının populyar müğənnisi-Əmrah, Azad Şabanov- Tarkan, Mina-Sibelcan, Xatun - Ajda Pekan , Nərmin Kərimbəyova- Bülent Ərsoy və başqa sənətçilər fərqli obrazlarda səhnəyə çıxıblar. Onların səhnədə yaratdığı bu obraz konsert iştirakçıları tərəfindən maraqla qarşılanıb.
"Bir Bahar axşamı” adlı Novruz şənliyi youtobe platformasında da yayımlanıb.