Yevlaxda ağır qəza - Ölənlər var

Yevlaxda ağır qəza - Ölənlər var
SOSİAL
21:36 12.08.2026
215
Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Salahlı kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı "Mercedes” və "Naz Lifan” markalı iki avtomobil toqquşub. Toqquşma nəticəsində iki nəfər həyatını itirib, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR