Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib
SOSİAL
11:15 02.05.2026
379
"Müşahidələr göstərir ki, bir qayda olaraq həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür".

AZXEBER.COM xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib:

"Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin.

Unutmayın! Yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək