Yol polisindən bayram AÇIQLAMASI

Yol polisindən bayram AÇIQLAMASI
SOSİAL
19:36 14.06.2018
6846
Sabah Ramazan bayramı ilə əlaqədar qılınan bayram namazı zamanı məscidlərin ətrafındakı yollarda avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, sürücülər məscidlərin ətrafındakı yollarda parklanma, dayanma-durma qaydalarına ciddi riayət etməlidirlər.

O qeyd edib ki, Ramazan bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimi ilə xidmət edəcək. Xüsuilə bayram tədbirlərinin keçirildiyi ərazi və onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət aparılacaq:

"Yollarda təhlükəsizliyin, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatmasının təmin edilməsi məqsədilə uzaq yol istiqamətində, o cümlədən bölgələr istiqamətində gedən sürücülərə müraciət edirik ki, səfərə çıxarkən mütləq soyuducu sistemi və texniki cəhətdən saz olan avtomobillərlə hərəkət etsinlər və yol boyu özlərinin və sərnişinlərinin təhlükəsizlik kəmərlərindən istifadə etməsini təmin etsinlər".

Polis polkovniki vurğulayıb ki, ən başlıca vəzifə isə yol boyunca qoyulmuş yol nişanlarına düzgün əməl olunmasıdır:

"Sürücülər sürət həddinin aşılmasının yol-nəqliyyat hadisəsinə səbəb ola bilməsini nəzərə almalı, eyni zamanda, ara məsafələrini düzgün saxlamalıdırlar. Sürücülərə imkan daxilində gecə vaxtı uzaq səfərdən imtina etmək tövsiyə edilir. Yol boyu hər hansı bir yorğunluq hiss etsələr, yol polisləri postlarında polis əməkdaşlarına müraciət edə bilərlər. Yolda hərəkət edərkən sürücülər sağ hərəkət zolağı ilə hərəkət etməyə üstünlük verməlidirlər. Ötmə hərəkəti etmək istəyərkən ötməni başa çatdırdıqdan sonra yenə sağ zolağa keçməklə hərəkəti davam etdirməlidirlər. Sürücülər unutmamalıdır ki, yol zolaqları üzrə hərəkətin tələbləri pozulduqda inzibati xəta tərkibi yarana bilər".

Qeyd edək ki, sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq. Bakıda bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər