Yol polisindən sürücülərə hədiyyə – Bütün qərarsız MMX-lar silindi

Yol polisindən sürücülərə hədiyyə – Bütün qərarsız MMX-lar silindi
SOSİAL
17:50 17.01.2018
1921
DYP-nin mərkəzi sistemi 1 il ərzində qərarsız olan cərimələri silməyə başlayıb.
 
Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected] saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.
 
Sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.
 
Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: "Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirsizə artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir”.
 
Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: "Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və [email protected] saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad oluna bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ