Zamirə Ədilova: Hazırda ən xoşbəxt olduğum yerdəyəm - VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
09:41 19.03.2022
1717
AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovadır.
 
 
- Zamirə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Mən Zamirə Ədilova 1985-ci ildə anadan olmuşam. Orta məktəbi Bakı şəhərində bitirmişəm və 2002-ci il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qiyabi daxil olmuşam. Qiyabi təhsil formasına qəbul olduğum üçün məyus olsam da, ancaq bundan necə faydalı istifadə edə bilərəm deyə düşündüm. Anamın da dəstəyi ilə, qəzet redaksiyalarında təcrübə keçməyə başladım. Bunları nəzərə alsaq, deyə bilərəm ki, qiyabi təhsil almaq mənim üçün  avantaj oldu.

- Zamirə xanım, layihəmizin adı "Uğurlu qadın”dır. Bəs siz özünüzü uğurlu qadın hesab edirsiniz?

- Qlobal və lokal anlamda yanaşsaq suala deyə bilərəm ki, qlobal olaraq uğurlu qadınam. Mən bugünki Zamirə Ədilovanın həyata baxışından, əldə etdiklərindən razıyam. Lokal olaraq isə bizdə xoşbəxt qadının bir dusturu var ki, yaxşı təhsili, işi, dünyagörüşü, intellektual səviyyəsi və bunların fonunda da yaxşı ailəyə sahib olmasıdır. Mən müəyyən yaşımın olmasına baxmayaraq, ailə həyatı qurmamışam. Bəlkədə kimlər üçün bu uğursuzluqdur. Ancaq mən hər zaman qeyd edirəm ki, əldə etdiklərim uğur, etmədiklərim seçimimdir. Həyatda hər seyin qismət və xeyirli olduğuna inanan biriyəm. Özümə öz aspektimdən baxanda uğurlu hesab edirəm, ancaq kənardan necə görünür onu bilmirəm.

- Uğuru nədə görürsünüz?

- Mənim üçün uğur hər şeydədir. Nöqtə boyda bir işdən də xoşbəxt olub, onu uğur hesab edən adamam. Mənim üçün uğur bu gün sizinlə qarşılıqlı oturub söhbət etməkdir. Sizinlə yaranan münasibət də uğurdur. Mən stəkana dolu tərəfindən baxmağa çalışan insanlardanam.

- Bu günə qədər bir çox qurumların sözcüsü olmusunuz. Özünüzü tam olaraq harda tapmısınız?

- Bəlkə də indi çalışdığım yer olduğu üçün oranı qeyd etdiyimi düşünəcəksiniz. Ancaq 1 aydır ki, TƏBİB-də çalışıram. Və bu bir ayın sonuna baxanda yaxşı ki, buranı seçmişəm deyirəm. Burada olmaqdan çox xoşbəxtəm. Kənarda yaradılan imicin tam əksi olan bir mühitlə rastlaşdım. Mehriban kollektiv var. Bundan əvvəl, Rabitə və Yuksək Texnologiyalar, təhsil və nəqliyyat sahələrində çalışmışam. Səhiyyə sahəsi mənim üçün başqa önəm kəsb edir. Bir var insana xdmət, bir də var insanın özünə xitab etmək. Səhiyyə sahəsi bizim var oluşumuza, sağlamlığımıza xidmət edən sahədir. Ona görə də düşünürəm ki, hazırda ən xoşbəxt olduğum yerdəyəm.

- TƏBİB-lə, səhiyyəmizlə bağlı insanlar arasında xeyli narazıçılıq var. Sizcə bu nədən qaynaqlanır?

- Təəssüf ki, belə bir halnan rastlaşırıq. Mən də 1 aydır ki, TƏBİB ailəsinə daxil olmuşam. Bundan əvvəl müşahidəçi qismində idim. O baxımdan bu iş mənə təklif olunanda dostlarım "bəlkə fikirləşəsən” deyirdilər. Çünki cəmiyyət arasında birmənalı fikir formalaşmayıb. Ancaq mən inanırdım ki, bəlkə də nələrsə düzgün təqdim olunmur, bu sahədə fikirləri dəyişmək mümkündür. Ola bilsin ki, gözləntilər çoxdur, yeni səhiyyə modeli yaradıldığı üçün insnlar hər şeyin sürətli formada dəyişəcəyinin gözləyirlər. Ancaq isahatlar mərhələli və sistemli şəkildə aparılmalıdır. O baxımdan mən inanıram ki, uğurlu nəticə əldə olunacaq.

- Deyirsiniz ki, islahatlar gedir. Bəs sizcə cəmiyyət niyə Azərbaycan səhiyyəsindən narazıdır?

- Mən buna fərd olaraq, subyektiv fikrimi bldirəcəm. Azərbaycanda çox yüksək intellektə və vicdana sahib olan yaxşı həkimlərimiz var. Bəzən xarici  ölkələrdən Azərbaycana müayinə və müalicə üçün üz tutan xarici vətəndaşlar olur. Xarici ölkələrdə müayinə qiymətləri çox yüksək olur. Əvvəlcədən görüş almaq, qeydiyyatdan keçmək lazım olur. Mən 6 ay Birləşmiş Krallıqda yaşamışam. Orada da hər şey mükəmməl deyil, orada da xaricə üz tutan vətəndaşlar var. 

- Bir qurumun sözünü cəmiyyətə çatdırmaq nə dərəcədə çətindir?

- (Gülür) Əslində çox çətindir. Bəzən o irad və ittihamları oxuduqca "yaxşı ki, siz mənim və yaxud bizim yerimizdə deyilsiniz” deyə düşünürəm. O sözü çatdıran çox balanslı, obyektiv, vicdanlı olmalıdır. Mən fəaliyyətim boyunca çox ümid edirəm ki, buna nail olmuşam. Düşünürəm ki, səmimiyyətlə rəsmiyyətin tandemini yaratmağı bacarmalıdır insan. Əks təqdirdə iki tərəfdən birini narazı sala bilərsən. Məhz buna görə də sözü demək çətin olduğu qədər də, məsuliyyətlidir.

- Səyahəti sevən bir insansınız. Hansı ölkələri görmək arzunuzdur?

- Təbii ki, arzu etdiyim ölkələr qalıb. Düzünü desəm Sinqapuru çox görmək istəyirəm. Bu da mənim əvvəlki texnologiyalar sahəsində uzunmüddətli fəaliyyətimə görədir. Bildiyimiz kimi, texnologiya sahəsində dünya liderlərindən biri Sinqapurdur. Cənubi Afrika, Zelandiyada da olmaq istəyərəm. Düşünürəm ki, yaxın müddətdə bu arzumu da reallaşdıra biləcəm. 

- Dediniz ki, 6 sy Londonda yaşamısınız. Niyə orada qalmaq istəmədiniz?

- Mən Azərbaycanı sevirəm. Bakıda yaşamağı sevirəm. Burda hər şey mənə doğmadır. Mən Londondan Bakıya baxanda bura üçün darıxıram. Məncə xaricdə gəzib-görən insanların hamısı bu hissi duyublar. Xarici ölkədə qalıb uğurlu olmaq üçün mən hər şeyə sıfırdan başlamalı idim. Digər ölkələrdə gedib mütəxəssis kimi çalışmağımız çətindir. Ancaq mümkünsüz də deyil.

- Az öncə qeyd etdiniz ki, ailə həyatı qurmamısınız. Zamirə Ədilovanın ailə quracağı şəxs necə biri olmalıdır?

- Düzdür bunun bioloji və fizioloji tərəfləri var. Mən düşünürəm ki, hələlik planlarım, hədəflərim, gəzmək istədiyim ölkələr var. Demirəm ki, insanın ailəli olması bu kimi hədəflərə mane olur. Ancaq istənilən halda tək qərar vermək daha asan olduğu üçün fikirləşirəm ki, belə yaxşıdır. Fikirləşirəm ki, bu gün burdayamsa və həyatımda bunlar baş verirsə, bunun da səbəbi var. Buna görə də özüm üçün heç bir narahatlıq keçirmirəm. Sabah ailə həyatı qursam, ondan da məmnun olacaq adamam. Sürətpərəst və vizuallığa önəm verdiyim üçün səliqəli və özünə hörmət edən biri olmalıdır seçəcəyim insan.

- Son olaraq gənc qızlarımıza nə demək istərdiniz?

- Biz ilk növbədə cinsi istismara məruz qalan qızlarımıza, qadınlarımıza dəstək olmalıyıq. Onların həyata tutunmalarına nail olmalıyıq. Düşünürəm ki, çalışdığın təqdirdə uğur qazanmamaq kimi bir şansın yoxdur. Sən nə qədər səy göstərəcəksən Allah o qədər sənə mükafat verəcək. Bütün görülən işlərin hər zaman mükafatı oldu. İlk növbədə qadın öz üzərində çalışmalıdır. Bəylərimiz inciməsin, bəylər bir fərddirlər, qadın cəmiyyətdir, qadın ailədir, qadın anadır. Qadının nüfuz dairəsi həddindən artıq çoxdur. Çünki bizi Allahdan sonra yaradan qadındır. Ona görə də onlara mane olmamağa, ucalan səslərini boğmamağa çalışmaq lazımdır.

Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı