Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihə qəbul olundu

Zəfər Gününün qeyri-iş günü olması ilə bağlı layihə qəbul olundu
SİYASƏT
11:53 18.12.2020
1072
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: "Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - "Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
14:16 03.07.2026
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
13:49 03.07.2026
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
13:47 03.07.2026
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü