“Zəfər tariximiz” adlı filmin təqdimatı oldu - FOTO

“Zəfər tariximiz” adlı filmin təqdimatı oldu - FOTO
MƏDƏNİYYƏT
12:07 04.11.2022
1275

ADU-nun Magistratura, Doktorantura və Elm şöbələrinin birgə təşkilatçılığı ilə zəfər gününə həsr olunmuş "Zəfər tariximizdir” adlı tədbir təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Elm məsələləri üzrə prorektor prof. Novruz Məmmədov, Magistratura şöbəsinin dekanı dosent Firuzə Rzayeva, Doktorantura şəbəsinin müdiri p.f.d. Nərgiz Qarayeva, Elm şöbəsinin müdiri dosent Sevda İmanova, XTQ qazi Ceyhun Sadrayev, qazi polkovnik-leytenant Rüstəm Quliyev, tankçı gizir Ramin Şirinov, doktorant və magistrlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Dosent Firuzə Rzayeva zəfər günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbən təbrik etdi və zəfər sevincini auditoriya ilə bölüşdü. Sonra çıxış üçün sözü Elm məsələləri üzrə prorektor, professor Novruz Məmmədova verdi. O, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsi, həmçinin analoqu olmayan qəhrəmanlıq olduğunu bildirdi.

"Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi”, - deyə N.Məmmədov qeyd etdi.

XTQ qazimiz Ceyhun Sadrayevin 12 dəqiqəlik "Zəfər tariximiz” adlı qısa metrajlı filminin təqdimatı oldu, döyüş yolundan danışdı.

Qazi polkovnik-leytenant Rüstəm Quliyev isə könüllü olaraq xidmətdən imtina edib döyüşə yollandığı haqda, Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdiyindən bəhs etdi.

Tankçı gizir Ramin Şirinov Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq:

"Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi”, -deyən qazimiz Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat olduğunu, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs etdi.

Tədbir iştirakçılarının sual cavabları ilə başa çatdı.

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır