Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır

Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
SİYASƏT
14:21 02.10.2026
177
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi tarixi inkişaf yolunun təhlili, gələcək hədəfləri və qlobal müstəvisindəki mövqeyinin müəyyənləşdirilməsi baxımından mühüm proqram xarakteri daşıyır. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasətinin, əldə olunan tarixi qələbələrin və qarşıda duran strateji vəzifələrin mahiyyətini bir daha göz önünə sərir.

Prezident İlham Əliyev çıxışında xarici siyasətin qurulmasında əsas prinsipin müstəqillik və kənar müdaxilələrin qətiyyətsizləndirilməsi olduğunu vurğulayaraq əlavə edib: "Xarici siyasətimizi elə qurmalıyıq ki, hiç kim bizim işimizə müdaxilə etməsin”. Bu yanaşma Azərbaycanın heç bir kənar təsirə boyun əymədiyini və suveren qərarlar qəbul etmək əzmində olduğunu nümayiş etdirir.

Məhz bu prinsipial və qətiyyətli siyasətin nəticəsidir ki, bugün Azərbaycan beynəlxalq arenada böyük hörmətə layiq olan bir ölkədir. Ölkəmiz regional və qlobal məsələlərdə haqlı olaraq söz sahibi olan etibarlı tərəfdaş kimi qəbul edilir. Eyni zamanda, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində də Azərbaycanın mühüm və birləşdirici rol oynadığı xüsusi qeyd olunur.  Azərbaycanın əldə etdiyi şanlı Qələbə dünya tarixində unikal səhifədir. Dövlətimizin başçısı qeyd edib ki, biz dünyada presedenti olmayan qələbə qazandıq: "Üstəlik, bir daha təkrar edirəm, təkbaşına. Bu qələbə Azərbaycan xalqının gücünü, ordumuzun qüdrətini və dövlətin iradəsini bütün dünyaya sübut etdi”.

"Zəfərdən sonra yaranan yeni reallıqlar fonunda bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur”-deyə vurğulan Azərbaycan prezidneti, çıxışında qeyd edib ki, ölkəmiz regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Bununla belə, təhlükəsizliyin qorunması və gələcək risklərin qarşısının alınması üçün hərbi qüdrətin artırılması daim diqqət mərkəzindədir: "Əsas vəzifələrdən biri hərbi qüdrətimizin artırılmasıdır. Bu, hər zaman, hər bir ölkəyə lazımdır. Çünki xalqımız bu faciə ilə üzləşib”.  "Müstəqilliyin təməl daşlarından biri də iqtisadi özünü təminetmə qabiliyyətidir”-deyən dövlətimizin başçısı bildirmişdir ki, biz iqtisadi müstəqilliyi büsbütün təmin etmişik və bu gün beynəlxalq cəmiyyətin olduqca nüfuzlu üzvüyük və taleyimiz öz əlimizdədir.  "Güclü iqtisadiyyat Azərbaycanı günümüzdə çox ciddi geosiyaset və təhlükəsizlik faktoruna çevirib. Dövlətin malik olduğu bu güc həm də ölkə daxilində quruculuq işlərinin miqyasını genişləndirməyə imkan verir”-deyən Azərbaycan Prezidenti vurğilayıb ki, xüsusilə, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi ilə bağlı qarşıya qoyulan hədəf olduqca böyükdür: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.  Azərbaycan dövlətinin və xalqının mövqeyi hər zaman açıq, dürüst və ədalətli prinsiplərə söykənir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim üstünlüyümüz odur ki, bəzi ölkələrdən fərqli olaraq, bizim əfsanələr yaratmağa ehtiyacımız yoxdur. Azərbaycan hər zaman reallıqlara, ədalətə və həqiqətə əsaslanan siyasət yürüdür.  Bütün bu nailiyyətlər cəmiyyətdə dərin qürur və həmrəylik hissi yaradır. Prezidentin qeyd etdiyi kimi: "Hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən bu tezislər Azərbaycanın gələcək inkişaf vektorunu müəyyənləşdirən mühüm strateji xəritədir. Güclü iqtisadiyyat, sarsılmaz hərbi qüdrət, müstəqil xarici siyasət və xalq-iqtidar birliyi Azərbaycanın parlaq gələcəyini və qlobal müstəvidəki mövqeyini bundan sonra da daha güclü şəkildə qoruyacağının təminatıdır.

Nahid Canbaxışlı
"Vətəninfo.az İnformasiya Agentliyi”nin baş redaktoru                   
"Jurnalistlər Ekstremal Şəraitdə”İctimai Birliyinin sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR