“Zəfər yolu” sənədli filminin təqdimatı keçirildi - VİDEO

“Zəfər yolu” sənədli filminin təqdimatı keçirildi - VİDEO
SOSİAL
10:20 28.11.2021
304

Noyabrın 27-də "Davam” Gənclər Hərəkatının Bakı ofisində "Zəfər yolu” sənədli filminin təqdimat mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Masal prodakşn”-ın istehsal etdiyi ekran əsəri Masallıdan olan şəhidlərin əziz ruhuna ithaf olunub. Filmin premyerasında Milli Məclisin deputatları – Razi Nurullayev, Aydın Mirzəzadə, Aydın Hüseynov, Ceyhun Məmmədov, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, ziyalılar, kino mütəxəssisləri, şəhid ailələri, qazilər, ictimayət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Masal prodakşn”-ın baş direktoru Cəfər Cəfərov bildirib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var. Ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır. Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Ekran əsəri haqqında məlumat verən Cəfər Cəfərov qeyd edib ki, filmdə Vətən Müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər Masallı sakinlərinin ümumi Qələbədə oynadığı rol göstərilir: 

"Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlı kimi Masallı sakinlərinin Qələbəyə sona qədər inam bəsləməsi, onların keçdiyi ZƏFƏR YOLU filmdə öz əksini tapıb”.

Sonra "Zəfər yolu” sənədli filmi nümayiş olunub. Nümayişdən sonra çıxış edənlər filmin ərsəyə gəlməsində "Masal prodakşn”-a minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, "Zəfər yolu” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montajçısı isə Faiq Mirzədir.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...