Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO

Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
SOSİAL
23:20 15.09.2026
113
Bu ildən valideyn-özəl-dövlət əməkdaşlığı əsasında özəl bağçalarda 8 min nəfərdən çox uşaq təhsil ala biləcək.
Artıq ötən gündən etibarən elektron qeydiyyat prosesinə başlanılıb və maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, müsabiqə çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrinin müvafiq lisenziyaya malik olması, Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə qoşulması və uşaq qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi əsas şərtlər kimi müəyyən edilib. Bu tələblərə cavab verən və müsabiqə nəticəsində seçilən 124 məktəbəqədər təhsil müəssisəsi yeni modelin iştirakçısı hesab edilir.

Qeyd edək ki, ki, valideynlər övladlarını mygov platforması vasitəsilə 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat prosesi yekunlaşdıqdan sonra nəticələrlə bağlı valideynlərin şəxsi kabinetlərinə məlumat göndəriləcək.

OXŞAR XƏBƏRLƏR