Zelenski Azərbaycana gəlir

SİYASƏT
13:34 16.12.2019
3639
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana gəlir.

AZXEBER.COM xəbər verir ki. bu, Ukrayna Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olacaq.

Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinin verdiyi xəbərə görə, 16-17 dekabr tarixlərini əhatə edəcək səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşü planlaşdırılır.

İki ölkə liderləri arasındakı danışıqlarda Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet