Zelenski: Rusiya yeni danışıqlar ərəfəsində Kiyevə təzyiq göstərməyə çalışır

Zelenski: Rusiya yeni danışıqlar ərəfəsində Kiyevə təzyiq göstərməyə çalışır
SİYASƏT
17:36 07.11.2026
99
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya hücumlarını intensivləşdirməklə həm Kiyevə, həm də onun tərəfdaşlarına yeni danışıqlar ərəfəsində təzyiq göstərməyə çalışdığını bildirib.

AZXEBER.COM Ukrayna mediasına istinadla xəbər verir ki, o, gecə saatlarında həyata keçirilən hücumları şərh edərkən Rusiyanın ölkənin əsas enerji obyektlərindən birinə, ehtimal ki, Şimali Koreya istehsalı olan KN-23 raketləri ilə zərbə endirdiyini qeyd edib.

Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün Patriot raketlərinin ciddi çatışmazlığı ilə üzləşdiyini də vurğulayıb. Prezident tərəfdaşlardan bu raketlərin tədarükünü gecikdirməməyi istəyib.

Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndələrinin ABŞ-ın vasitəçiliyi ilə noyabrın 10–11-də Əbu-Dabidə növbəti danışıqlarının keçirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR