Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb

Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
DÜNYA
17:54 20.10.2026
199
Ukrayna NATO-ya üzvlükdən başqa təhlükəsizlik təminatlarının alternativ variantlarını müzakirə etməyə hazırdır, lakin bu təminatlar hüquqi baxımdan eyni gücə malik olmalıdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının optimal formatı üç elementdən ibarət olmalıdır: Ukrayna Silahlı Qüvvələri, Avropa İttifaqı və NATO.

"Ordumuz real təminatdır və öz təcrübəsi, şəxsi heyətinin yüksək peşəkarlığı sayəsində Avropa qüvvələrini gücləndirə bilər. NATO-ya üzvlük ölkəyə vahid müdafiə alyansında iştirak və müttəfiq dövlətin hüquqi təminatlarını verir. Aİ-yə üzvlük Avropadan, NATO-ya üzvlük isə həm Avropadan, həm də ABŞ-dan asılıdır”, – Zelenski bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, ölkənin NATO-ya üzvlüyü məsələsi gündəmdə deyilsə, bunun müqabilində bərabərhüquqlu alternativ təqdim edilməlidir.

"Əgər NATO deyilsə, bunun əvəzinə nə təklif olunur? Biz eyni hüquqi qüvvəyə malik olması şərti ilə, hətta başqa ad altında olsa belə, ekvivalent təminatları müzakirə etməyə hazırıq”, – o qeyd edib.

Zelenski vurğulayıb ki, Ukrayna həqiqətən işləyəcək təhlükəsizlik təminatları almaq istəyir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA