ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiya neft emalı zavodlarını hədəf almağı dayandırmağa çağırıb.
O bunun sülhə zərər vurduğunu deyib.
"Cənab Zelenski bir şey etməlidir. O, Rusiyadan dizel yanacağı tədarükünə müdaxilə etməyi dayandırmalıdır. Qoy digər hədəflərə hücum etsin, amma dizel yanacağına yox. Çünki o, dizel yanacağı çatışmazlığına səbəb olur. Bu, Yaxın Şərq səbəbindən baş vermir. Bu, Rusiya ilə Ukrayna arasında olanlar səbəbindən baş verir. Buna görə də biz bunu cənab Zelenski ilə müzakirə etdik. Bir çox başqa hədəflər var. Dizel yanacağını hədəf almayın. Çünki bu, sülhə zərərlidir", - deyə Tramp qeyd edib.
///unikal///











































