"Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var"

"Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var"
SİYASƏT
16:16 19.10.2023
589
XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır. 
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur.
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
29 sentyabr 2023-cü il tarixində Şərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa edilib. Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: ”Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı "ağıllı kəndi”nə, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.”Düşmən işğalı nəticəsində xarabazara çevrilən bu torpaqlarda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə "ağıllı şəhər” və "ağıllı kənd” layihələri icra edilib, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılıb.Düşmən işğalı nəticəsində xarabazara çevrilən bu torpaqlarda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə "ağıllı şəhər” və "ağıllı kənd” layihələri icra edilib, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılıb.Azərbaycanın ən gözəl guşələrindən olan Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var. 
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb.Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Yenidən inşa edilmiş Konqres Mərkəzi açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. İlk "ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndində yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edilir , çünki onun coğrafi mövqeyi bunu labüd edir. Vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq. Çünki Zəngilan Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.
Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin 
erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.


Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI