Zlatan İbrahimoviç: "Siyasətlə məşğul olsaydım, prezident seçilərdim"

İDMAN
19:14 23.11.2021
208
İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç siyasət və irqçilik mövzusunda danışıb.

40 yaşlı forvard ABŞ-ın "Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms haqqında dediklərini xatırladıb.

İsveçli forvard idmanın insanları birləşdirdiyini söyləyib: "Siyasət insanları bölür. Əgər irqçilikdən danışırıqsa, bu, başqadır. Mən siyasətlə məşğul deyiləm. Bunu etsəydim, indi prezident olardım. Lebron Ceymsi şəxsən tanımıram və onu mühakimə etməyi də düşünmürəm. İrqçiliyə qarşı nə fikirləşsə, haqlıdır. Çünki 50 min insanın sənə qaraçı deməsi də irqçilikdir. Amma mən siyasətlə yox, idmanla məşğulam".

Qeyd edək ki, İbrahimoviç daha əvvəl Ceymsin siyasətdə həddindən artıq aktiv olduğunu bildirib. Basketbolçu isə öz növbəsində sosial ədalətsizlik və irqi problemlər qarşısında heç vaxt səssiz qalmayacağını vurğulayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR