Özünü 6-cı mərtəbədən atan qızla bağlı – RƏSMİ MƏLUMAT

Özünü 6-cı mərtəbədən atan qızla bağlı –  RƏSMİ MƏLUMAT
Bütün Xəbərlər
13:16 08.05.2013
4931

Daxili İşlər Nazirliyi Mingəçevirdə baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 7-də Mingəçevir şəhərində yaşayan Nilufər Məhərrəmova yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən - eyvandan özünü atıb.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

10.57

Nilufər Məhərrəmovanın intihar etməsi barədə xəbərlər rəsmən təsdiqlənib. Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR