Bakıda hərbi sursat tapıldı - FOTO
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə AZXEBER.COM-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
...