"Ermənistanda keçiriləcək parlament seçkilərində nümayəndə heyətinin iştirakı haqda hələki heç nə demək mümkün deyil”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.
Depuata Ermənİstanda keçiriləcək parlament seçkiıərində nümayəndə heyətinin iştirakından danışıb.
O, bildirib ki, son zamanlar sülhün bərqərar olması istiqamətində müəyyən addımlar atılır:
"Sülh prosesinin bərqərar olması istiqamətində bir neçə addımlar atılır ki, bura yüklərin göndərilməsi və ən əsası neçə ildən sonra ilk dəfə olaraq Prezidentin İrəvanda keçirilən konfransa onlayn formatda qoşulması oldu. Ancaq Ermənistanda keçiriləcək parlament seçkilərində deputat, MSK üzvləri yaxud təşkilat nümayəndələrindən kiminsə iştirak edəcəyi haqda hələ ki heç nə demək mümkün deyil”
Günel Hüseynli











































