Bu arada, yaradıcılığındakı yeniliklər ilə də pərəstişkarlarını sevindirməyə davam edən müğənni növbəti klipini təqdim edib. Elnurun bu il təqdim etdiyi sayca ikinci klip də Fransanın paytaxtı Parisdə çəkilib. “Paris” adlanan mahnıya çəkilən klipdə “sevgi şəhəri”nin ən gözəl məkanları göstərilib. Klipin digər bir özəlliyi isə Elnurun tərəf müqabilidir. Bacısı oğlu Məhəmmədlə birgə çəkildiyi klipdə müğənni Eyfel qülləsi, Luvr muzeyi, Disneylend kimi məkanları ziyarət edir. Müğənninin istəyi ilə yazılan mahnını Elnur iki dildə - Azərbaycan və fransız dillərində ifa edib.
Musiqisi Tünzalə Ağayaeva, sözləri isə Leyli (Azərbaycan) və Cəmilə (fransız) aid olan “Paris” adlı mahnıya çəkilən klipi təqdim edirik.
mənbə: milli.az