Mahaçqala komandasının yeni transferi Roberto Karlos Qroznı hava limanının pasport nəzarəti sektorunda saxlanılıb.
37 yaşlı braziliyalı müdafiəçinin pasportuna Rusiya vizasının vurulmadığı müəyyənləşib. Bu səbəbdən, “Anji” futbolçularının hava limanından mehmanxanaya gedişi ləngiyir. Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyinin və Federal Miqrasiya Xidmətinin yüksək rütbəli əməkdaşları hava limanına gəliblər.
Roberto Karlosdan əlavə, komandanın daha 2 braziliyalı legioneri – Jusiley və Joao Karlosu Çeçenistana buraxmaq istəmirlər. Hazırda klub rəhbərliyi bu problemin həllinə çalışır. Qeydiyyatdan problemsiz keçən oyunçular isə avtobusda öz həmklublarını gözləyirlər.