Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 29-na olan statistik göstəriciləri açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 934 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 289 603 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda 230 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 103 pasiyent sağalıb.