Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
17:54 24.09.2020
613
Bu gün saat 17:38-də Türkiyənin İstanbul şəhərinin yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı Mərmərə dənizində sahildən 18,87 km məsafədə 6,83 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, zəlzələ İstanbulda hiss olunub.
OXŞAR XƏBƏRLƏR