İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib
DÜNYA
02:24 29.11.2021
416
İsveçrədə COVID sertifikatların taleyinə referendum yoluyla aydınlıq gəlib.

Sənədin əleyhdarlarının təşəbbüsü ilə keçirilən referendum "Koronavirus pandemiyası ilə mübarizə haqqında” qanuna edilən dəyişikliklərə vətəndaşların münasibətini müəyyənləşdirib. Səsvermədə iştirak edənlərin 62%-i məhdudiyyətlərin lehinə səs veriblər.

Qeyd edək ki, İsveçrə analoji referendumun keçirildiyi ilk ölkədir. Sözügedən qanuna dəyişikliklər hələ 2021-ci il martın 19-dan qüvvəyə minib. Sentyabrın 13-dən isə ölkədə restoranlara, kinoteatrlara, hovuzlara, fitnes mərkəzlərinə, idman salonlarına giriş üçün QR-kod tətbiq edilib.

OXŞAR XƏBƏRLƏR