2022-ci ildə Milli Məclis buraxılacaq? - Deputatdan açıqlama

SOSİAL
15:24 03.11.2021
1987
"Parlament formalaşıb, normal da fəaliyyət göstərir, beynəlxalq əlaqələri var, indi növbədənkənar seçki keçirməyə ehtiyac yoxdur”.

Bu sözləri AZXEBER.COM-a Milli Məclisin deputatı Fazil Mustafa yenidən növbədənkənar Parlament seçkilərinin keçirilməsi iddialarına cavab verərkən deyib.
 
 
Deputat qeyd edib ki, növbədənkənar Parlament seçkiləri üçün hər hansı zərurət yaranmayıb:

"Avqust ayında da bununla bağlı məsələlər ortaya atıldı, amma o da effektini vermədi. Ona görə ki, buna ehtiyac yoxdur. Niyə, hansı əsasa görə yenidən növbədənkənar Parlament seçkiləri keçirilməlidir ki? Parlament formalaşıb, normal da fəaliyyət göstərir, beynəlxalq əlaqələri var. Millət vəkilləri jurnalistlərin suallarını cavablandırır. İndi sosial şəbəkələrdə bəzi adamlar öz fikirlərini paylaşır ki, guya seçki olacaq, öz fikirləri, öz yanaşmalarıdır. Amma belə bir tendensiya yoxdur. Vaxtında seçki olacaqsa, kim qazanacaqsa, qalacaq, kim qazanmayacaqsa, qalmayacaq. İndi zərurət yoxdur. Baxın, müharibə də bitdi, müharibə zərurətindən olsa idi ki, Parlament dəyişilməlidir, müharibə üçün fərqli qanunlar qəbul etmək səbəbindən, o, başadüşülən olardı.
 
Deputat deyib ki, Parlament seçkiləri vaxtında keçiriləcək:
 
"İndi normal fəaliyyət göstərən Parlament varsa, ekstremal bir hadisə yoxdursa, həyati bir dəyişiklik, konstitusiya dəyişikliyi yoxdursa, Milli Məclislə bağlı hər hansı bir yenilik yoxdursa, Parlament öz vaxtında seçkisini keçirəcək”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR