Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi
SOSİAL
15:35 12.07.2023
302
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

"Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir”.
Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 880-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında yeni Fərman imzalayıb. 

Fərmana əsasən, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR