Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTOLAR

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTOLAR
MEDIA
16:44 05.10.2023
194
Oktyabrın 4-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda Şuraya daxil olmuş şikayətlər ətrafında müzakirə aparılıb. Ümumilikdə 9 media subyekti ilə bağlı narazılıqlar nəzərdən keçirilib.

Müzakirə gedişində müəyyənləşdirilib ki, şikayət doğurmuş materiallarda qarşı tərəfin fikirlərinin öyrənilməsinə laqeyd yanaşma halları ən çox rast gəlinən peşə prinsipləri pozuntularındandır. Həmin materiallarda, həmçinin, konkret şəxslərin ağır cinayətdə ittiham olunması kimi motivlərə də rast gəlinməkdədir. Bu baxımdan daha çox "Hefteaz.com” (Həftəlik Azərbaycan) saytından şikayət üzərində dayanılıb.

İclasda o da müəyyənləşdirilib ki, bir sıra media subyektləri əsasən başqa mənbələrdən götürdükləri materialları heç bir araşdırma aparmadan yayımlayırlar. Bu kimi hallarda konkret məsuliyyət ilk mənbə rolunda çıxış edənin üzərinə düşsə də, vətəndaş narazılıq doğurmuş materialı hansı media orqanında görürsə, ondan da şikayət ünvanlayır. Buna görə mənbələrin etibarlılığını dəqiqləşdirməyə ehtiyac var. Daha yaxşı olar ki, media orqanları həqiqiliyi şübhə doğuran materiallara istinad etməsinlər. Komissiya bununla bağlı müxtəlif media orqanlarına tövsiyələr ünvanlanmasını zəruri sayıb.

İclasda müxtəlif şikayətlərin araşdırılması prosesində onların əsasən ayrı-ayrı media orqanlarının sosial şəbəkə hesablarında yayımlanmış materiallardan olması diqqətçəkən məqam kimi vurğulanıb. Belə halların bilavasitə MŞ-nin səlahiyyətlərindən uzaq olduğu bildirilsə də, məsələyə münasibətdə ictimai qınaq tədbirlərinin gücləndirilməsinin vacibliyi üzərində dayanılıb.
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ