İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Ərdoğana başsağlığı verib
MANŞET
12:09 15.07.2025
802

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

AZXEBER.COM-un məlumatına görə, məktubda deyilir:

"Əziz Qardaşım,

Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.

Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – "Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir.

Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə "Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.

Siz hazırda da "Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.

Əziz Qardaşım,

Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
16:33 25.07.2026
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
16:26 25.07.2026
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
16:16 25.07.2026
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
16:08 25.07.2026
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
16:03 25.07.2026
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
15:51 25.07.2026
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
15:47 25.07.2026
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
15:43 25.07.2026
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar
15:36 25.07.2026
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar
İspaniyada meşə yanğınları Madridə çatıb
15:31 25.07.2026
İspaniyada meşə yanğınları Madridə çatıb
Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama
15:25 25.07.2026
Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
15:12 25.07.2026
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
İran səfiri: Dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək
14:57 25.07.2026
İran səfiri: Dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək
“İndiyədək etdiyim ən axmaq hərəkətdir”
14:45 25.07.2026
“İndiyədək etdiyim ən axmaq hərəkətdir”
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb
14:38 25.07.2026
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb
ADAU-nun gənc əməkdaşı vəfat etdi
14:34 25.07.2026
ADAU-nun gənc əməkdaşı vəfat etdi