Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
21:30 15.10.2026
176
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 və "Kia” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR