Tanınmış yazıçı Əmir Pəhləvanın 1996-cı ildə Ramiz Mehdiyevə həsr etdiyi "İblis” adlı şeir yenidən gündəmə gəlib.
Həmin dövrdə mətbuatda dərc olunan şeirdə Ramiz Mehdiyev sərt şəkildə tənqid edilib.
Şeirin müəllifi Əmir Pəhləvan AZXEBER.COM-a açıqlamasında əsərin çap olunma tarixçəsindən və Ümummilli Lider Heydər Əliyevin şeirə münasibətindən danışıb.
Yazıçının sözlərinə görə, həmin dövrdə "İlham” qəzeti böyük tirajla nəşr olunub və geniş oxucu auditoriyasına malik olub:
"O vaxt "İlham” qəzeti böyük tirajla çap olunurdu. Abunəçiləri də çox idi. Biz şeiri çapa verən zaman bəzi hissələrini "Qlavlit” çıxardı.
Şeir çap olunduqdan sonra səhəri gün Heydər Əliyev mənə zəng etdi və çap olunmayan bənd haqqında məlumat soruşdu. Mən bildirdim ki, "Qlavlit” bir bəndi ixtisar edib.
Heydər Əliyev məndən həmin bəndi oxumağımı istədi. Mən də telefonda oxudum. O güldü və bildirdi ki, düz yazmısan, mən hər şeyi bilirəm”, - deyə Əmir Pəhləvan bildirib.
Həmin şeiri təqdim edirik:
İBLİS
Əl vermə, əllərin çox qanlar görüb,
Çəkil bir addım da geriyə, İblis!
Olsaydı imkanım-bir qoyun kimi,
Qatardım sürüyə mən səni, İblis!
Başda kim oldusa "him"in qalmadı,
Tərsə çalmadığın "sim"in qalmadı,
Alıb satmadığın kimin qalmadı,
Baxmadın ölüyə, diriyə, İblis!
Bir vaxt Vəzirova vəziryan dedin,
Düşüb ayağına sonra "can" dedin,
Gəldi Mütəllibov əsil xan dedin,
Başladın min haya, min küyə, İblis!
Dedin ki, Əliyev canlı trupdu,
Ətrafı, hər yanı qrup-qpupdu,
İndi də deyirsən dünya qurundu,
Beləcə dəyişdi, beləcə, İblis!
Təzə boğzını yaşlayır Əmir,
Həyatı təzədən başlayır Əmir,
Yaşıl budaq kimi yaşaşayır Əmir,
Ölürsən çürüyə- çürüyə, İblis!
Şahanə Ziyad












































