-gələcəyini mediada görən
-jurnalistikanı keçici həvəs hesab etməyən
-nəhəng media strukturunda “Mən də varam” iddiası ilə
-PROFESSİONAL JURNALİST olmağa qərar verən gənclər,
Tələsin!
Arzusunda olduğunuz layihələri gerçəkləşdirmək, ölkənin öndə olan xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanını qaçırmayın!
Yaşı 30-dan artıq olmayan hər kəs kursa qoşula bilər.
1 ədəd fotoşəklinizi, CV-ni və niyə jurnalist olmaq istədiyinizdən bəhs edən qısa esseni "Media Akademiya" başlığı ilə [email protected]/* */ ünvanına yollayın. Kurs iştirakçısı olmaq üçün ərizələriniz qəbul edildikdən sonra mütəxəssislər tərəfindən kastinq keçiriləcəkdir.
Ərizələrin qəbulu üçün son tarix: 25 may 2011 - ci il
Xatırladaq ki, “Media Akademiya-1” layihəsi 2010-cu il iyun ayından noyabra qədər davam etmişdir. Kursda 35 tələbə iştirak etmiş, ən yüksək nəticə göstərmiş 5 tələbə isə fərqlənmə diplomu ilə mükafatlandırılmışdır. Kurs müddətində Azərbaycan mətbuatının ən tanınmış simaları, siyasətçilər, idmançılar, mədəniyyət və incəsənət xadimləri gənc jurnalistlərlə görüşüb, onlarla təcrübələrini bölüşmüşlər.
“Media Akademiya - 2” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının aşağıdakı nüfuzlu tədris müəssisələrinin professor və müəllim heyətilə sistematik olaraq, interaktiv mühazirə və treninqlərin keçirilməsinə dair razılıq əldə olunmuşdur:
The Poytner Institute – A School for Journalists
University of Nevada, The Reynolds School of Journalism
University of South Florida – St.Petersburg
Syracuse University, Newhouse School of Public Communications
State University of New York at Oswego
Tampa “The Oracle” newspaper
“The Oswegonian” newspaper
WTOP -10 TV, SUNY Oswego