4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
SOSİAL
20:22 12.05.2026
223
Salyan rayonunda dörd ay əvvəl itkin düşən kişinin meyiti tapılıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Qarabağlı kənd sakini 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Polisin apardığı axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə” adlanan ərazidə aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.