“4 dairədə nəticələrin ləğv edilməsi Azərbaycanda seçkilərin demokratik keçirildiyini göstərdi” - Elman Nəsirov

SİYASƏT
19:54 13.02.2020
4644

"Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən 4 dairədə seçki nəticələrinin ləğv edilməsi Azərbaycanda seçkilərin nə qədər ədalətli və demokratik keçirildiyini bir daha göstərdi. Nəticələri ləğv olunan şəxslər arasında Yeni Azərbaycan Partiyasından olan namizədlərin olması isə ölkəmizdə demokratiyanın təntənəsini nümayiş etdirdi”. 

 

Bu fikirləri demokrat.az-a açıqlamasında 9 fevralda keçirilmiş Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə ən yüksək səs toplamış deputatlığa namizəd, Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov bildirib. 

 

Elman Nəsirov deyib ki, həmin dairələrdə nəticələrin ləğv edilməsi Azərbaycanda qanun aliliyindən xəbər verir:

 

"Yəni, Azərbaycanda seçki pozuntuları olduğu təqdirdə dərhal qanunun tələbləri işə düşür. Əgər gələcəkdə də bu cür hallar olacaqsa və konkret faktlarla sübuta yetiriləcəksə, dərhal qanunun tələbləri icra olunacaq. Mən bir daha qeyd edirəm ki, əgər Azərbaycanda demokratik seçki olmasaydı, o zaman MSK seçkilərə liderlik etmiş hakim Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərinin nəticələrini ləğv etməzdi. 

 

Eyni zamanda digər bir sıra seçki dairələrindən daxil olan şikayətlərə baxılır və araşdırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda keçirilən parlament seçkiləri tam demokratik, şəffaf, azad və rəqabət şəraitində təşkil olunub. Bu seçkilər zamanı müxalifətin də sərbəst toplaşmaq azadlığını həyata keçirməsi üçün bütün imkanlar yaradılıb”.

 

Elman Nəsirov qeyd edib ki, 9 fevral tarixində keçirilən Milli Məclisə seçkilər demokratik, şəffaf və azad şəkildə təşkil olunub:

 

"Bu seçkilər bir daha onu göstərdi ki, Azərbaycan demokratik yol seçmiş dövlətdir və bu istiqamətdə uğurla irəliləyir. Bu seçkilərdə 58 ölkədən 883 beynəlxalq müşahidəçi müşahidə aparırdı. Həmin müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin nəticələrini yüksək dəyərləndirib. Hətta, bəzi xarici müşahidəçilər öz ölkələrində də bu cür nümunəvi seçkilərin keçirilməsini vurğulayıb”. 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:58 16.07.2020

Prezident “Böyükşor” yarımstansiyasının açılışını etdi - FOTOLAR

16:53 16.07.2020

Nazirlik şəxsi Wi-fi şəbəkəsinə hücumlar barədə xəbərdarlıq etdi

16:37 16.07.2020

2 gün öncə şəhid olan gizirimizin qız övladı dünyaya gəldi: 8 ildən sonra

16:36 16.07.2020

Türkiyənin Milli Müdafiə naziri azərbaycanlı general və heyəti qəbul etdi - VİDEO

16:35 16.07.2020

Prezident: "Bəzi hallarda səfirliklərimizdə çalışanlar öz işinə laqeyd yanaşırlar"

16:33 16.07.2020

Dövlət başçısı: "Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər"

16:20 16.07.2020

Prezident Ceyhun Bayramovu videoformatda qəbul etdi

16:15 16.07.2020

Xalqımızla birlikdə Ali Baş Komandan cənab İlham Əliyevin və müzəffər ordumuzun arxasındayıq!

16:10 16.07.2020

Ermənistanın Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına CAVAB

16:04 16.07.2020

Azərbaycan Müdafiə naziri müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

15:50 16.07.2020

Yeni təyin olunan XİN rəhbəri kimdir - DOSYE

15:37 16.07.2020

Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib - RƏSMİ

15:32 16.07.2020

Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı

15:22 16.07.2020

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

15:19 16.07.2020

Prezident Elmar Məmmədyarovu işdən çıxardı

15:10 16.07.2020

Xidmət rəisi: “Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”

X Mostbet