5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?

5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
SOSİAL
21:33 24.12.2024
508
Zaman-zaman sosial şəbəkələrdə əndazəni aşan şəxslərə qarşı hüquq çərçivəsində ciddi tədbirlər görülsə də, bu, bəzən başqalarına dərs olmur. Bu mövzuda dırnaqarası xüsusi fərqlənən isə "TikTok”dur. Çünki burada həm də pul qazanmaq olur. Bu maraq bəzilərini sosial platformada fenomen olmağa can atdırır. Bunun üçün bəzən savad, bilik yox - tərbiyəsizlik, əxlaqsızlıq, soyunmaq, təhqir etmək, ağzına gələni danışmaq lazımdır. Bu nə bizim iddiamızdır, nə də "TikTok”un daxili qaydası. Bu, hamının gördüyü, gəldiyi nəticədir. Bu şəxslər üçün tez bir zamanda "məşhurlaşmağın” başqa yolu yoxdur.
Biz istəsək də, istəməsək də bu şəxslərin videosunu görürük, qarşımıza çıxır. Amma əlimizdən bir şey gəlmir, biz bu insanları dəstəkləməsək də, özlərinin ayrıca imkanlı dəstəkçiləri var ki, bu barədə bir qədər sonra.

"Qafqazinfo”nun məlumatına görə, ötən gündən başlayaraq "TikTok”da özlərini apara bilməyən, tərbiyəsizliyi təbliğ edənlərə qarşı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb. Bu, ilk növbədə cəmiyyətin polisə kütləvi çağırışı idi. DİN-in məsələyə həssas yanaşması, tədbir keçirməsi, anında cəmiyyətin çağırışına haray verməsi ötən günün hadisəsi kimi dəyərləndirilə bilər. Elə bunun nəticəsidir ki, bu mövzuda hər paylaşımın şərh bölümündə Azərbaycan polisinə təşəkkür edilir.

Digər tərəfdən bu fikirdə olanlar da var ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza yoxdur. Amma nəzərə almaq lazımdır ki, DİN sadəcə, bu şəxslərin saxlanılmasını təsdiqləyib, araşdırmanın davam etdirildiyini bildirib. Çünki burada məsələ həm də təkcə tərbiyəsizliyin təbliği deyil...

Yuxarıda qeyd etdiyimiz kimi, tiktokerlərə qarşı kürtləvi marağın olması burada təkcə əyləncə xarakteri daşımır. "TikTok”da əsas məsələ iqtisadi maraqlar, maliyyə dövriyyəsidir. Hansısa formalarda oyuna cəlb edilmiş şəxslər əyləncə adı altında vəsaitləri xaricə çıxarır. Yəni, oyunlarda iştirak edən şəxslər vəsaitləri kriptovalyuta dövriyyəsinə yönəltməklə hesabatdan gizlədilmiş formada gəlirlər əldə edir. Oyunları əyləncə adı altında keçirən şəxslərin üzərlərindən yüzlərlə ayrı-ayrı banklara məxsus kartların aşkarlanması faktı varsa, bu, onların əsas maliyyə hədəfləri olmasını aydın göstərir. Digər tərəfdən hər bir iştirkaçıya oyunun guya əyləncəli olmasını artırmaq məqsədilə 500-1000 manat pul vəsaitlərinin verilməsi də qaranlıq məqamlar sırasındadır.  

Bu proses həyata keçirilərkən bir neçə faktor nəzərə alınır. Əvvəlcə, bank kartlarından oğurlanan, o cümlədən çirkli pulları yumağa çalışan şəxslər tiktokerlərlə anlaşır, onlara müəyyən məbləğ göndəriləcəyi və pulun bir hissəsinin geri qaytarılacağı bildirilir. 20-25 faiz qazanc vəd edilən tiktoker bu virtual hədiyyələri qəbul edərək sonradan məbləği nağdlaşdırır və çirkli pulların yuyulmasında beləcə iştirak edir.  
Təbii ki, bizim əlimizdə hər hansı fakt olmadan kimisə çirkli pulların yuyulmasında ittiham edə bilmərik. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətində olan məsələdir. Daxili İşlər Nazirliyinin də açıqlamasında qeyd olunduğu kimi, məsələ araşdırılır.
Lakin "TikTok”dakı fantastik məbləğlər şübhə məqamı da yaradır. Çünki bu insanların fərdi bir istedadı yoxdur, hansısa elmi araşdırma iştirakçısı, ixtiraçı, alim, mühəndis deyillər. O zaman sual yaranır: Cəmiyyət üçün faydalı iş əmsalı sıfıra bərabər olan bu şəxslərə niyə bahalı hədiyyələr göndərilir? Axı bu hədiyyələr misal üçün, planetini xilas edəcək layihələrin gerçəkləşdirilməsinə dəstək məqsədilə göndərilmir.
Əyləncə məqsədilə göndərilməsi də inandırıcı deyil. Tutaq ki, özünü şairə kimi təqdim edən "Dvijeniya İlhamə”nin bir məclisdə ortalığa düşüb özünə yaraşdırdığı "rəqs”i nümayiş etdirməsinin ödənişi nə qədər olar? Maksimum 100 AZN. Bax, onda sual yaranır ki, bu və bu kimi şəxslərə niyə bahalı-bahalı hədiyyələr göndərilir?

Təqdim etdiyimiz video diqqətimizi çəkməyə bilməz. Təxminən 5 dəqiqəlik videoda Azər Zahidin təşkil etdiyi yarışa qatılan iştirakçının getməsi üçün 20-dən çox "TikTok”un ən bahalı hədiyyəsi göndərilir ki, bunun da qiyməti 600 dollar civarındadır. İndi yenə sual yaranır, bu adam müğənni, hansısa efirdə keçirilən səs, muğam yarışmasının iştirakçısı da deyil, adi tiktokerdir - onun yarışdan getməsinə 5 dəqiqə ərzində niyə 20 min manat pul xərclənir? Bu pulu 5 dəqiqə ərzində "yoxa çıxarmaq” bu qədərmi asandır?
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb