52 yaşlı kişinin qulağından 25 ədəd qurd çıxdı

DÜNYA
07:30 19.09.2012
3048
Türkiyədə tibb tarixində nadir sayılacaq qəribə bir hadisə baş verib.
Yerli mətbuatın yaydığı məlumata görə, 52 yaşlı əkinçinin qulağından 25 ədəd qurd çıxıb. Hadisə Kayseri vilayətinin Yahyalı rayonuna bağlı Senir kəndində baş verib. Məlumata görə, kənd sakini Əli Aydın qulağına girən milçəyi çıxarmaq istəyərkən burda qurd olduğunu aşkarlayıb. Təşvişə düşərək xəstəxanaya müraciət edən Əli Aydının qulağından həkim 25 ədəd qurd çıxarıb.
Hadisə barədə məlumat verən xəstə uşaqlıqda qulaq iltihabı problemi olduğunu, daha sonra keçirdiyi əməliyyatla bu xəstəlikdən xilas olduğunu güman etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR