65 ildir ki, dostdular: Bir gəlmişdilər, bir getdilər

65 ildir ki, dostdular: Bir gəlmişdilər, bir getdilər
SİYASƏT
13:21 14.02.2020
3467

Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinirlər.

Eyni zamanda ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadı Rəcəbli və 33 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hüseynbala Mirələmovla bağlıdır.

Bildirək ki, H.Rəcəbli ilə H.Mirələmov 65 ildir ki, dostdurlar. Hər iki şəxs orta məktəbdə bir oxuyub. Onların parta arxasından başlayan dostluğu Milli Məclisin iclas zalına qədər davam edib. Belə ki, hər iki şəxs 3 çağırış bir stol arxasında əyləşiblər.

H.Rəcəbli mətbuata müsahibələrində Mirələmovla dostluğu barədə maraqlı fikirlər də söyləyib:

"Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur. Anam Hüseynbalaya "böyük oğlum” deyərdi. Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub. Arada idmanla da məşğul olmuşuq. Hətta 12 yaşında işləyib dərsliklərimizi özümüz almışıq. Bütün həyatımızın ən maraqlı illəri bir yerdə keçib. Uşaqlıqda bir neçə dəfə dalaşmışıq da, hərdən valideynlərdən gizli loto da oynamışıq, şərab da içmişik, amma heç vaxt aludə olmamışıq. Siqaret çəkmədik, bu gün də çəkmirik. Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq”.

Sosial şəbəkədə isə hamı bu dostluqla bağlı "Bir başladılar, bir getdilər” deyir...

Qeyd edək ki, Hadı Rəcəbli 5 çağırış, Hüseynbala Mirələmov isə 3 çağırış deputat olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb