7 yaşdan yuxarılara icazə verilsə də, körpələr üçün satdılar - SİYAHI

7 yaşdan yuxarılara icazə verilsə də, körpələr üçün satdılar - SİYAHI
SOSİAL
18:12 23.05.2023
232
2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZXEBER.COM-a verilən məlumata görə, yoxlamalardan 183-ü planlı, 6-sı isə plandankənar olub.

Nəzarət tədbirləri zamanı 128 aptekdə uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib. 

Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb.

Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub. Yoxlama zamanı 61 aptekin nəticəsi qənaətbəxş olub.

Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, nəzarət tədbirləri zamanı bir sıra idxalçılar tərəfindən ölkəyə gətirdikləri bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatı aldıqdan sonra etiketində qanunvericiliyə zidd olaraq müvafiq dəyişikliklər edildiyi müəyyən olunub.
Belə ki, istifadə təlimatında qanunvericiliyin tələbləri pozularaq "Nes Group” MMC və "Esam Ltd” MMC tərəfindən idxal edilən müvafiq məhsulların müxtəlif xəstəliklərin kompleks müalicəsində və proflaktikasında istifadə olunan preparat kimi qeyd edildiyi aşkarlanıb.

Həmçinin yaşı 7, 12 və 18-dən yuxarı olan şəxslər üçün nəzərdə tutulan bəzi məhsulların istifadə təlimatında və qablaşdırılması üzərində dəyişikliklər edilərək, "0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” yazıldığı aşkar olunub. 

Faktlarla əlaqədar müvafiq tədbirlər görülüb, eləcə də məhsulların dövriyyəsinin dayandırılması və satış obyektlərindən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.

Yoxlamalar zamanı nöqsan aşkar edilən apteklərin siyahısı:
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc