8 nəfərin öldüyü dəhşətli qəza barədə şok fakt: sürücünün ailə üzvləri yolda maşından düşübmüş

8 nəfərin öldüyü dəhşətli qəza barədə şok fakt: sürücünün ailə üzvləri yolda maşından düşübmüş
SOSİAL
15:39 10.07.2019
10834
Dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza barədə yeni detallar ortaya çıxıb. 

AZXEBER.COM xəbər verir ki, bakupost.az-a daxil olan məlumata görə, yük maşını ilə toqquşan "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Elvin Zeynalov yol boyu maşını hədsiz yüksək sürətlə idarə edirmiş. Hətta yolda bununla bağlı ailə üzvləri ilə belə mübahisə edib. 
 
Bu barədə saytımıza məlumat verən şəxs deyir ki, 8 nəfərin ölümünə səbəb olan sürücü Elvin Zeynalovun atası da bu işlə məşğuldur. Onların ikisi də - ata-oğul rayondan Bakıya sərnişin daşımaqla məşğul olur. 
 
Bildirilir ki, Elvin Zeynalovun dəhşətli qəzanı törətdiyi gün rayondan yola çıxarkən onun ailə üzvləri də mikroavtobusda imiş. E.Zeynalovun həyat yoldaşı, övladı və bacısı yolda onun idarə etdiyi maşını tərk edib və onunla Bakıya gəlməkdən imtina edib. 
 
 Mənbəmiz deyir ki, Astara-Bakı yolundakı "Hacıoğlular" restoranında çay fasiləsinə dayanan E.Zeynalovun ailə üzvləri onun maşını tərk edib və arxadan gələn atasının idarə etdiyi mikroavtobusa keçiblər. Buna səbəb isə E.Zeynalovun maşını yüksək sürətlə idarə etməsi olub. Ağır qəzanı törədən sürücünün ailə üzvləri onun maşını çox sürətlə idarə etdiyi barədə atasına şikayət ediblər və onunla getmək istəmədiklərini bildirib, atanın maşınına əyləşiblər. 
 
E.Zeynalov isə yenə də mikroavtobusu yüksək sürətlə sürməyə davam edib və bir müddət sonra dəhşətli qəza baş verib. 
 
E.Zeynalovun dayandığı restoranda onlarla bərabər çay içən digər sürücülər də onun maşınından düşüb atasının maşınına keçən ailə üzvlərinin yüksək sürətdən şikayətdən etdiklərini eşitdiklərini bildirib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TikTok-da baxış yığmaq xəstəliyi həbslə yekunlaşır - Psixoloqdan açıqlama
17:37 30.07.2026
TikTok-da baxış yığmaq xəstəliyi həbslə yekunlaşır - Psixoloqdan açıqlama
Baş nazirdən Kərim Kərimovla bağlı - Qərar
17:33 30.07.2026
Baş nazirdən Kərim Kərimovla bağlı - Qərar
Şahin Diniyev klublarımızın şansını dəyərləndirdi: “Qarabağ”, “Neftçi” və “Zirə”…
17:23 30.07.2026
Şahin Diniyev klublarımızın şansını dəyərləndirdi: “Qarabağ”, “Neftçi” və “Zirə”…
Ailə büdcəsini kim idarə etməlidir? - VİDEOSORĞU
17:13 30.07.2026
Ailə büdcəsini kim idarə etməlidir? - VİDEOSORĞU
Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirdi - FOTOLAR
16:46 30.07.2026
Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirdi - FOTOLAR
Azərbaycanda sosial mediada yeni trend: Bütün şirkətlər bu fotonu paylaşır
16:45 30.07.2026
Azərbaycanda sosial mediada yeni trend: Bütün şirkətlər bu fotonu paylaşır
Prezidentlə xanımı Qırğızıstana getdi
16:39 30.07.2026
Prezidentlə xanımı Qırğızıstana getdi
Göygöl RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi - FOTOLAR
16:34 30.07.2026
Göygöl RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi - FOTOLAR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub