“Qarabağ”dan ardıcıl 9-cu qələbə

İDMAN
12:42 18.03.2011
1922
Azarkeşlər əzəli rəqiblər “Neftçi” ilə “Xəzər Lənkəran”ın son 1 ayda 4-cü, cari mövsümdə isə 5-ci derbisinə şahidlik edəcəklər. “Neftçi” Lənkəranda qalib gələrsə, ən yaxın izləyicisi ilə xal fərqini 7-yə yüksəldərək, çempionluq yolunda böyük addım atacaq. “Xəzər Lənkəran” isə həm 2-ci pilləni “Qarabağ”a təhvil verməmək, həm də “Neftçi” ilə xal fərqini minimuma endirmək üçün mütləq qalib gəlməlidir.

“Böyük oyun”a qədər isə 4 görüş keçiriləcək ki, bunlardan ikisi ilk “altılıq” matçıdır. “Qarabağ” qələbə seriyasını 9-a çatdırarsa, ən azı 2 saatlıq 2-ci pillədə olacaq. “Altılığ”ın ilk turunda uduzan “İnter”lə “Bakı” isə Bakı derbisində kimin güclü olduğunu müəyyənləşdirəcək. Qərb təmsilçiləri olan “Gəncə” ilə “Turan” son 2 pillədə gedən komandalarla ev oyunlarında qalib gəlməlidirlər.


18 mart
“Gəncə” – “Simurq” - 0:1
QOL: Azər Məmmədov, 44-öz qapısına
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsinin oyunları – 1:1, 0:0

“Turan” – MOİK - 1:0
QOL: Boris Kondev, 29
Tovuz. Şəhər stadionu
Təsnifat mərhələsinin oyunları – 2:0, 2:0

“Qarabağ” – AZAL - 1:0
QOL: Georgi Adamiya, 32 (p.)
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

OXŞAR XƏBƏRLƏR