Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi

Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi
SOSİAL
10:59 22.08.2026
268
Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.

"OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, "Porsche”, "Range Rover”, 2 ədəd "BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.

Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub.

Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

***

Ötən gecə Xətai rayonu Ağ Şəhər kompleksi 3-cü Şərq küçəsində saat 23:30 radələrində baş vermiş hadisə nəticəsində "Ronge Rover”, "Porsche”, "Mercedes”, "BYD”, "Audi”, "Hyundai” və "BMW” markalı avtomobillərə zərər dəyməsi müəyyənləşib.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR