Abbaszadəyə geyindirilən don və terroru legitimləşdirmək planı

Abbaszadəyə geyindirilən don və terroru legitimləşdirmək planı
SİYASƏT
10:45 06.03.2019
2339
Asif Nərimanlı
 
Azərbaycan dövlətinə qarşı çağırışlar edən və ölkənin parçalanması istiqamətində erməni xüsusi xidmət orqanlarının planlarında yer alan Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olundu. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə cinayət işi açılıb. 

Bu, Azərbaycanın suverenliyinə qarşı təhdidin aradan qaldırılması deməkdir. Çünki F.Abbaszadə bütün fəaliyyəti boyunca talış vətəndaşlarımızın adından sui-istifadə etməklə Ermənistanın Azərbaycana qarşı planlarında yer alıb.

Vətən xaini olan bu şəxs dəfələrlə Azərbaycana qarşı açıq çağırışlar edib.

"Regionun sabitliyi üçün əsas təhlükə Azərbaycandır. Bu təhlükəni həmişəlik aradan götürmək üçün ruslarla, ermənilərlə birləşmək lazımdır”.

"Əgər Azərbaycan Qarabağ məsələsini həll edəcəksə, onda etnik mənşəcə talış olan vətəndaşların məhvinə başlayacaq”.

"Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır”.

"Azərbaycan adlı kvazidövlət dağıdılacaq”.

Erməni millətçilərinin jarqonundan çıxmış bu çağırışları məhz F.Abbaszadə Azərbaycana qarşı edirdi. Buna rəğmən, suveren bir ölkəni – "Azərbaycanı dağıtmağa” çağırış edən bu şəxsin dövlət tərəfindən zərərsizləşdirilməsinə birmənalı münasibət sərgiləməyənlər də var.

Xüsusilə F.Abbaszadənin həbsinə ötən il Gürcüstanda Azərbaycan dövlətinin əleyhinə göstərdiyi fəaliyyətə görə həbs edilərək ölkəyə gətirilən Əfqan Muxtarlı kimi "xüsusi xidmət orqanları tərəfindən oğurlandığı” görüntüsü verilməsinə cəhd diqqətdən yayınmır. Misal üçün, "Amnesty İnternational” təşkilatı F.Abbaszadənin Rusiyadan Lyubertsı şəhər İstintaq Təcridxanasından "yoxa çıxdığını” iddia edir və onun hüquqlarının müdafiəsi üçün Rusiya Federasiyası hökumətinə müraciət edir. Belə görüntü yaradılır ki, sanki Azərbaycanın xüsusi xidmət orqanları bu şəxsi qanunsuz şəkildə oğurlayıb.

Eyni ssenaridir, Əfqan Muxtarlının qanun qarşısında çıxarılması zamanı Azərbaycana qarşı bu iddialarla hücum edilmişdi, indi  də eyni mənzərənin yaradılmasına cəhd olunur.

Gürcüstanda məskən salan Ə.Muxtarlı Azərbaycanda xaos ssenarisi hazırlayanların daxildəki qüvvələrə maliyyə yardımının həyata keçirilməsində körpü rolunu oynayırdı. Onun haqqında cinayət işi açılmışdı və sərhədi keçərkən qanunvericiliyə uyğun olaraq həbs  edildi. Lakin bu addım daxildə və xaricdəki qüvvələr tərəfindən "oğurlanma” olaraq təqdim edilirdi, məqsəd dövlət təhlükəsizliyinin qarşısının alınması addımının "hüquqdan kənar” proses olaraq göstərilməsi və beynəlxalq təşkilatların Azərbaycana qarşı qaldırılması idi.

F.Abbaszadə məsələsində də analoji ssenari işə düşür. Onun Rusiyadakı təcridxanadan "yoxa çıxdığı” deyilir və belə təqdim olunur ki, bu şəxs Azərbaycan tərəfindən "oğurlanıb”. Məsələni bu cür təqdim edilməsində məqsəd Azərbaycanın dövlət quruluşunun devrilməsinə çalışan, separat fəaliyyəti ilə tanınan F.Abbaszadənin "insan haqlarının müdafiəçisi” obrazında tanıdılmasıdır. Bu prosesin arxasında F.Abbaszadənin bütün fəaliyyəti boyunca əməkdaşlıq etdiyi erməni xüsusi xidmət orqanları və erməni diasporu/lobbisi dayanır. Erməni lobbisinin təsirində olan və mütəmadi olaraq Azərbaycana qarşı çıxış edən "Amnesty İnternational”ın F.Abbaszadə məsələsində tutduğu mövqe də təsadüfi deyil.

Halbuki, F.Abbaszadənin həbsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilib. 2018-ci ilin 12 iyulunda ona qarşı   Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə cinayət işi açılıb. Ardınca Baş Prokurorluğu təşəbbüsü ilə F. Abbaszadə beynəlxalq axtarışa verilib. Nəhayət 2018-ci ilin sentyabrında Rusiya hüquq-mühafizə orqanları tərəfindən Moskva ətrafındakı Lyubertsı şəhərində saxlanılıb və 2019-cu ilin fevralında Azərbaycana təhvil verilib. 

Azərbaycanın bu şəxsi beynəlxalq axtarışa verməsi və Rusiyanın onu Azərbaycana təhvil verməsi qanunvericilik çərçivəsində həyata keçirilib. Çünki F.Abbaszadə Azərbaycana qarşı terrorçu fəaliyyətlə məşğul olub və beynəlxalq hüquq hər bir ölkəyə onun suverenliyinə, ərazi bütövlüyünə, konstitusion quruluşuna təhdid törədən hallara qarşı mübarizə aparmaq, belə halları aradan qaldırmaq hüququ verir. F. Abbaszadə məhz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, onun konstitusion quruluşuna qarşı çıxır, bununla bağlı açıq çağırışlar edirdi.

Fəxrəddin Abbaszadə kimdir?

Bu terrorçunu "insan haqlarının müdafiəçisi” kimi təqdim etməyə cəhd edənlərə bir daha onun kimliyini xatırlatmaq lazımdır. 1956-cı ilin 25 dekabrında Lerik rayonunda anadan olan F. Abbaszadə 1993-cü ildən başlayaraq Azərbaycana qarşı separatçılıq fəaliyyəti ilə məşğul olub. Vaxtilə Azərbaycanı bölməyə çalışan Əlikram Hümbətovun yaratdığı "Talış Muğan respublikası Milli Məclisinin sədri” olub. Sonradan Rusiyaya qaçan F.Abbaszadə həbs olunduğu günə qədər Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərib. Torpaqlarımızı işğal edən Ermənistana mütəmadi səfərlər edən F. Abbaszadə elə İrəvandan Azərbaycanın bölünməsi çağırışlarını edib. O, erməni xüsusi xidmət orqanlarının çox etibar etdiyi şəxsdir, hətta Əlikram Hümbətovla müayisədə ermənilər F.Abbaszadəyə dəstək verdilər. Belə ki, vaxtilə Ə.Hümbətovla F.Abbaszadə arasında pul bölgüsü üzərində qarşıdurma yaranmışdı. Bu qarşdurmada ermənilər F.Abbaszadəyə dəstəklədilər. Ermənistanın Azərbaycana qarşı yaratdığı xüsusi ideoloji təxribat qrupu olan "Panduxt” tərəfindən Əlikram Hümbətovun təhqir olunması da məhz F.Abbaszadəyə dəstək xarakteri daşıyırdı.

Azərbaycanın talış vətəndaşlarının adından istifadə edən bu Vətən xaininin həbsinin siyasiləşdirilməsi də məhz erməni xüsusi xidmət orqanlarının planının bir hissəsidir.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır
14:11 25.06.2026
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır