Abramoviç Ançelottini qovdu

İDMAN
07:22 23.05.2011
1938
Klubun sahibi Roman Abramoviç və rəhbərlik italiyalı mütəxəssisə 2009-cu ilin iyulundan gördüyü işin qarşılığında minnətdarlıq edib. 

Ançelotti ilk mövsümündə İngiltərə çempionluğunu və kubokunu qazansa da, bu mövsüm komandanın çıxışı ümidləri doğrultmayıb. Ona görə də “zadəganlar” növbəti mövsümə hazırlıq öncəsi dəyişikliyə qərar verib. Baş məşqçi ilə müqavilə vaxtından bir il əvvəl pozulub. Ançelottini kimin əvəzləyəcəyi bilinmir.

OXŞAR XƏBƏRLƏR